Fev 24, 2020 20:50 Asia/Baku
  • Türkiyə Suriya qarşısındakı öhdəliklərinə əməl etmədi
    Türkiyə Suriya qarşısındakı öhdəliklərinə əməl etmədi

Rusiya xarici işlər naziri deyib ki, Türkiyə Soçi müqaviləsinə əsasən, Suriya qarşısındakı öhdəliklərinə əməl etməyibdir.

Sergey Lavrov bu gün sonra deyib: Bununla belə, Moskva ilə Ankara arasında danışıqlara hazırlıq işləri görülməkdədir və ümid edilir ki, bu məşvərətlər Suriyanın İdilib vilayətində gərginliyin azalmasına səbəb olacaq.

Rusiya xarici işlər naziri əlavə edib: İdlibdə terrorçulara qarşı hücumlarda terrorçuların mövqelərinin bombalanması qəribə və gözlənilməz deyil.

Lavrov söyləyib ki, Amerika Cibhətunnusrə qrupunun terrorçu mahiyyətinə göz yumulmasını istəyir, amma bu qəbulediləsi deyil və terrorçulara İdlibdə yer olmayacaqdır.

Suriya ordusu iki aya yaxındır ki, İdlib vilayətinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıb və indiyədək böyük irəliləyişlərə malik olub. Türkiyə isə bu əməliyyata qarşı çıxır. Ankara Suriya ərazisinin bir hissəsini işğal edib və terrorçuları himayə etməkdədir.

Ankaranın bu hərəkəti Moskvanın reaksiyası ilə üzləşibdir.