Mart 13, 2020 15:33 Asia/Baku
  • Türkiyədə məktəb və universitetlər bağlanıb
    Türkiyədə məktəb və universitetlər bağlanıb

Koronavirus epidemiyasına görə, Türkiyədə məktəb və universitetlər bağlanıb.

Türkiyədə koronavirusa ikinci yoluxma halının qeydə alınmasının ardınca dünən bu ölkədə həmin virusun yayılmasının aradan qaldırılması barədə tədbirlər düşünülüb. Bunlara məktəblərin bağlanması, idman yarışlarının tamaşaçı olmadan keçirilməsi və ölkə xaricinə səfərlərə məhdudiyyətlərin qoyulmasını misal göstərmək olar.

Rəcəb Tayyıb Ərdoğanın başçılığı altında Ankarada keçirilən altısaatlıq iclasın sonunda elan olunan bu tədbirlərə  əsasən, Türkiyədə universitetlər də üç həftə müddətinə tətil olacaqlar.

Türkiyə prezident aparatının sözçüsü İbrahim Kalın da bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın xarici səfərlərinin ləğv edildiyini bildirib.

Koronavirus ilk dəfə Çinin Uhan şəhərində aşkar edilib və 130-dən çox ölkəyə sirayət edibdir.

Son məlumatlara görə, indiyədək dünyada 126 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan təqribən 4600 nəfər isə vəfat edibdir.

 

TÜRKİYƏDƏ ORTA VƏ ALİ TƏHSİ OCAQLARI BAĞLANIB