Mart 13, 2020 19:11 Asia/Baku
  • Türkiyə-AB ixtilafı kəskinləşib
    Türkiyə-AB ixtilafı kəskinləşib

Bir Türkiyə mediası bir reportajda Avropa Birliyi ilə Ankara arasında xüsusən miqrantlar problemi üstündəki ixtilafları mürəkkəb və dərin adlandırıb.

Anadolu xəbər agentliyi bir məqalədə yazıb: Avropa Birliyi ilə Türkiyə arasında xüsusən Ankaranın bu birliyə üzvlüyü üstündəki ixtilafları Türkiyədə miqrantlar probleminin başlı-başına buraxılmasına və Avropa İttifaqının öz varlığının gələcəkdə qorunması strategiyasının təyini sahəsindəki zəifliyinə, həmçinin maliyyə və iqtisadi böhranlara görə, mürəkkəb etaplara daxil olubdur.

Anadolu Avropa İttifaqının Türkiyə qarşısındakı siyasətlərini tənqid edərək, yazıb: Avropa İttifaqı müdafiə və təhlükəsizlik sahələrində inkişaf etməyib və iqtisadi cəhətdən, div, siyasi cəhətdən isə cücə kimidir və mükəmməl inteqrasiya və mərkəzi birlik yarada bilməyibdir.

Bu türk media sonra yazıb: Avropa İttifaqı Türkiyəni miqrantlar dalğası böhranını artırmaqda ittiham edir, halbuki bu birlik Ankara qarşısındakı maliyyə öhdəliklərinə əməl etməyibdir. Avropa Birliyi ötən həftə "ortaq sərhədlərə müdafiə dəstəyi" adı altında Yunanıstana 700 milyon avroluq maliyyə yardımı ödəyib.

Avropa İttifaqının Türkiyənin Suriyanın İdlib əyalətidəki hərbi addımlarına dəstək verməməsindən sonra Ankara mühacirlər üçün öz sərhədlərini Avropa səmtinə açmağa dair hədəsini reallaşdırdı.

Bu hərəkətin ardınca on minlərlə miqrant özünü Avropaya çatdırmaq üçün Yunanıstan sərhədlərinin arxasına toplaşdı. Belə bir halda, Yunanıstan miqrantlar barədəki beynəlxalq qətnamələrə zidd gedərək, gözyaşardıcı qazdan istifadə ilə onların bu ölkəyə girişini əngəlləyib və onun sahillərinə yaxınlaşan mühacirlərlə dolu qayıqları atəşə tutubdur.

 

TÜRKİYƏ-AB İXTİLAFI KƏSKİNLƏŞİB