Mart 13, 2020 19:21 Asia/Baku
  • Ərdoğanın iddiası
    Ərdoğanın iddiası

Türkiyə prezidenti iddia edib ki, Ankaranın Suriyada hərbi iştirakda məqsədi, bu ölkəni işğal etmək deyil.

Rəcəb Tayyıb Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının iclasındakı çıxışında bildirib ki, Suriyanın İdlib bölgəsində atəşkəsin bərqərarı bu ölkə böhranına son qoymaq üzrə diplomatik addımları daha asan edir. Onun iddiasına görə, Ankaranın Suriyada hərbi iştirakda məqsədi, bu ölkəni işğal etmək yox, terrorçularla mübarizədir.

Türkiyə prezidenti eyni zamanda bu ölkənin Suriyanın İdlib bölgəsindəki əməliyyatının davamına təkid edib.

Rusiya və Türkiyə başçıları son zamanlar Moskvada Suriyanın İdlib bölgəsində atəşkəs barədə üçsaatlıq müzakirədən sonra razılığa çatdılar.

Suriya iki aydan çoxdur ki, İdlib vilayətini terrorçulardan təmizləmə əməliyyatına başlayıb. Lakin bu əməliyyata qarşı çıxan Türkiyə Suriya ərazisinin bir hissəsini işğal edibdir.

 

ƏRDOĞANIN İDDİASI