Mart 14, 2020 22:08 Asia/Baku
  • Türkiyədə COVID-19-a yoluxanların sayı artıb

Türkiyənin səhiyyə naziri bildirib ki, bu ölkədə koronavirusa yoluxanların sayı beş nəfərə çatıb.

Fəxrəddin Koca bu gün deyib ki, Türkiyədə daha üç nəfər COVID-19-a yoluxub.

Türkiyənin səhiyyə naziri belə qeyd edib: Onlar birinci və ikinci xəstələrin qohumlarıdırlar və koronavirusa yoluxmuş beş nəfərdən ikisi tənəffüs problemi ilə üzləşibdir.

TÜRKİYƏDƏ COVID-19 XƏSTƏLƏRİNİN SAYI ARTIB

Teqlər