Mart 17, 2020 19:17 Asia/Baku
  • Türkiyədə COVID-19 xəstələrinin sayı artıb

Türkiyənin səhiyyə naziri bu ölkədə COVID-19 xəstələrinin sayının artmasından xəbər verib.

Fəxrəddin Koca bildirib ki, Türkiyədə koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb. O, xaricə səfərin riskləri barədə xəbərdarlıq edib və Türkiyə vətəndaşlarından istəyibdir ki, bu ölkənin səhiyyə nazirliyinin tədbirlərinə ciddi surətdə əməl etsinlər.

Türkiyənin səhiyyə naziri dünən də öz tvitter səhifəsində bu ölkədə koronaviruslu xəstələrə daha 12 nəfərin əlavə olunmasına toxunmuşı və bildirmişdi ki, dünənədək Türkiyədə ümumilikdə 18 nəfər bu virusa yoluxub.

Belə bir halda, Türkiyə dini işlər təşkilatının sədri Əli Ərbaş da bildiribdir ki, koronavirus pandemiyası ilə mübarizə məqsədilə Türkiyə məscidlərində camaat və cümə namazlarının keçirilməsinin dayandırılması zəruridir.

İndiyədək dünyanın 150-dən çox ölkəsi COVID-19-a yoluxub.

TÜRKİYƏDƏ COVID-19 XƏSTƏLƏRİNİN SAYI ARTIB

Teqlər