Mart 29, 2020 08:03 Asia/Baku
  • Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb
    Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb

Son sutkada Türkiyədə yeni tip koronavirusdan (COVİD-19) 16 nəfər ölüb, 1 704 yeni yoluxma qeydə alınıb.

bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca "Twitter" hesabında məlumat verib. 

O bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 402, ölənlərin sayı isə 108 nəfərdir. 

Onun sözlərinə görə, bu gün 7 641 nəfər testdən keçirilib. 

Qeyd edək ki, Türkiyədə koronavirusdan sağalanların sayı 70 nəfərdir. 

Türkiyənin Səhiyyə naziri idman sahəsində çalışanlara xəbərdarlıq edi, idmançıların xəstəlik daşıyıcılıq riskinin yüksək olduğuna görə daha çox izolyasiya şərtlərinə əməl etmələrinin vacibliyini vurğulayıb.

TÜRKİYƏDƏ 1 GÜNDƏ COVID-19-DAN 16 NƏFƏR ÖLÜB