Mart 30, 2020 13:20 Asia/Baku
  • Türkiyədə koronavirusdan ölənlərin sayı 131 nəfərə çatıb

Türkiyənin səhiyyə naziri bildirib ki, ötən sutka ərzində daha 23 nəfərin ölümü ilə bu ölkədə koronavirusdan ölənləri sayı 131 nəfərə çatıb.

Fəxrəddin Koca dünən gecə deyib ki, ötən sutka ərzində bu ölkədə 1815 koronavirusa yoluxub, 23 nəfər də vəfat edibdir.

Beləliklə Türkiyədə COVID-19- qəti yoluxanların sayı 9217 nəfərə çatıbdır ki, onlardan indiyədək 131 nəfər ölüb, 105 nəfər isə sağalıbdır.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan koronavirusla mübarizə üzrə kompleks tədbirlər elan edibir ki, şəhərlərarası gediş-gəlişdə məhdudiyyət və avtobuslarda oturacqlar arasında məsafənin artırılması bu qəbildəndir.

Ərdoğan həmçinin göstəriş verib ki, Türkiyədə bütün park və yaşıllıqlar tətil günləri bağlansın, özəl və dövlət sektorları minimum sayda işçi ilə fəaliyyət göstərsinlər.

Türkiyənin bütün beynəlxalq hava reysləri də Ərdoğanın göstərişi ilə ləğv olunubdur.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib.

Bu virus hazırda Çindən əlavə, 195-dən çox ölkəyə də sirayət edibdir.

Son statistikalara görə, indiyədək dünyada 685 min 872 nəfər bu virusa yoluxub. Bu miqdardan 146 min 400 nəfər sağalıb, 32 min 232 nəfər isə həyatını itiribdir.

TÜRKİYƏDƏ COVID-19-DAN ÖLƏNLƏRİN SAYI 131 NƏFƏRƏ ÇATIB