Apr 01, 2020 10:41 Asia/Baku
  • Türkiyədə koronavirusa yoluxanların sayı 13500 nəfəri keçib
    Türkiyədə koronavirusa yoluxanların sayı 13500 nəfəri keçib

Türkiyənin səhiyyə naziri bildirib ki, bu ölkədə COVID-19-a yoluxanların sayı 13531 nəfərə çatıb

Fəxrəddin Koca dünən gecə sonra deyib ki, ötən sutka ərzində bu ölkədə koronavirusa yoluxma üzrə 2704 yeni hal aşkar edilib.

O, söyləyib: Keçən 24 saat ərzində koronavirusdan 46 nəfər də həyatını itirib. Nəticədə ölənlərin ümumi sayı 243 nəfərə çatıb.

Türkiyənin səhiyyə naziri daha sonra deyib: Türkiyədə COVID-19 testi üzrə mərkəzlərin sayı 75-ə çatıbdır ki, bu da öncəki gecəyə nisbətən təqribən 25 faiz artımdan xəbər verir. Bu məsələ koronavirusa yoluxanların müəyyən edilməsi sürətinin artmasına kömək edəcək.

Koca həmçinin Türkiyə xalqından istəyibdir ki, ictimai məsafəsaxlamaya riayət etsin və evdə qalsın.

TÜRKİYƏDƏ COVID-19-A YOLUXANLARIN SAYI 14 MİNƏ YAXINDIR