Apr 02, 2020 13:44 Asia/Baku
  • Turkish Air-in xarici reyslərinin dayandırılması davam edir

Türkiyə hava yolları şirkəti- Turkish Air öz xarici reyslərinin dayandırılmasını mayın birinədək uzadıb.

Türkiyə hava yolları şirkəti bundan öncə bildirmişdi ki, koroanirus pandemiyası ilə mübarizə tədbiləri çərçivəsində öz xarici resylərini aprelin 17-dək dayandırır.

Türkiyə hava yolları şirkətinin daxili uçuşları da İstanbul, Ankara, İzmir, Adana, Konya, Ərzrum, Van və Trabzon daxil olmaqla bu ölkənin yalnız 14 iri şəhəri arasında həyata keçir.

Türkiyədə koronavirusa yoluxanların sayının artması ilə bu ölkədə bütün mədəni, bədii və elmi tədbirlər ləğv edilib.

TÜRKİSH AİR-İN XARİCİ REYSLƏRİNİN DAYANDIRILMASI UZADILIB

Teqlər