Apr 03, 2020 09:12 Asia/Baku
  • Türkiyədə koronavirusa yoluxanların sayı 18 min nəfəri keçib
    Türkiyədə koronavirusa yoluxanların sayı 18 min nəfəri keçib

Türkiyənin səhiyyə naziri bildirib ki, bu ölkədə koronavirusa yoluxanların sayı 18 min nəfəri keçibdir.

Fəxrəddin Koca deyib ki, indiyədək bu ölkədə 18135 nəfər koronavirusa yoluxub, 356 nəfər də vəfat edibdir.

Türkiyədə koronavirusa yoluxanların sayının artması ilə bu ölkədə bütün mədəni, bədii və elmi tədbirlər ləğv edilibdir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da bu ölkə vətəndaşlarından istəyibdir ki, koronavirusu aradan qaldırmaq üçün evdə qalsın və gediş-gəlişdən çəkinsinlər.

Son statistikalara görə, indiyədək dünyada azı 980 min nəfər bu virusa yoluxub. Bu miqdardan təqribən 203 min nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır, azı 50 min nəfər isə həyatını itiribdir.