Apr 04, 2020 08:11 Asia/Baku
  • Türkiyədə 20 yaşından aşağı şəxslər üçün qadağa

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən gecə bu ölkədə koronavirusla mübarizə üçün 20 yaşından aşağı şəxslərin evdən çıxmalarını qadağan edib.

Ərdoğan bir televiziya çıxışında deyib: Şənbə günü aprelin dördündən naməlum müddətədək Türkiyədə 20 yaşından aşağı şəxslərin evdən çıxmağa haqları yoxdur.

Türkiyə prezidenti həmçinin bildirib ki, avtomobillərin paytaxt Ankara daxil olmaqla Türkiyənin 31 iri şəhərindən çıxmaları on beş gün müddətinə qadağandır.

Ərdoğan sonra deyib ki, çərşənbə axşamı günündən Türkiyədə hamı izdihamlı məkanlarda maskalardan istifadə etməlidir.

Türkiyə prezidenti bildirib ki, koronavirusla mübarizə bütün Türkiyə xalqının səyi və həmrəylini tələb edir. O, qeyd edib ki, səhiyyə tədbirləri və göstərişlərinə riayət etməyən şəxslər cərimə olunacaqlar.

65 yaşından yuxarı şəxslər və ağır xəstələr də bundan öncə Türkiyədə icbari karantinə şamil edilmişdilər.

Koronavirus pandemiyasının Türkiyədəki sürəti son günlər şiddətlənibdir.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca dünən gecə bildirdi ki, indiyədək Türkiyədə 20 min 921 nəfər koronavirusa yoluxub və onlardan 425 nəfər də vəfat edibdir.

TÜRKİYƏDƏ 20 YAŞINDAN AŞAĞI ŞƏXSLƏR ÜÇÜN QADAĞA