Apr 06, 2020 08:28 Asia/Baku
  • Türkiyədə koronavirusdan daha 73 nəfər həyatını itirib
    Türkiyədə koronavirusdan daha 73 nəfər həyatını itirib

Türkiyədə koronavirusdan daha 73 nəfərin həyatını itirməsilə bu ölkədə həmin virusun qurbanlarının sayı 574 nəfərə çatıb.

Türkiyənin səhiyyə nazirliyi dünən gecə bildirib ki, ötən bir sutka ərzində bu ölkədə 3135 nəfər koronavirusa yoluxub, 73 nəfər də bu xəstəlikdən vəfat edibdir.

Bu əsasda, Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 27069 nəfərə çatıb.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan cümə günü gecə bu ölkədə koronavirusla mübarizə üçün 20 yaşından aşağı şəxslərin evdən çıxmalarını qadağan etdi.

Türkiyə prezidenti həmçinin bildirdi ki, avtomobillərin paytaxt Ankara daxil olmaqla Türkiyənin 31 iri şəhərindən çıxmaları on beş gün müddətinə qadağandır.

Ərdoğan sonra deyib ki, şənbə günündən Türkiyədə hamı izdihamlı məkanlarda maskalardan istifadə etməlidir.

65 yaşından yuxarı şəxslər və ağır xəstələr də bundan öncə Türkiyədə icbari karantinə şamil edilmişdilər.