Apr 08, 2020 09:44 Asia/Baku
  • Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb
    Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 76 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 20023 şübhəli koronavirus testindən keçib, onlardan  3892 nəfərinin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 725 nəfər ölüb, 34109 nəfər  yoluxub. Onlardan 1474 nəfəri reanimasiyadadır, 1582 nəfərin isə müalicəsi müsbət nəticə verib. 

Fəxrəddin Qoca bildirib : “31 böyük şəhərimizə gediş-gəliş bəzi zəruri şərtlər daxilində məhdudlaşdırılıb. Artıq Türkiyədə hər birimiz üçün həyati təhlükə yaranıb”.

Nazir deyib ki, Türkiyədə özünütəcrid qaydalarına artıq hər kəsin əməl etməsi zərurəti yaranıb və cəmiyyətin bu bəladan qurtulması üçün hansı tədbirləri görəcəyi ilə əlaqədar dünyada bir ilk olan Cəmiyyət Elmləri Qurumu yaradılıb. Bu qurum yaxın günlərdə ilk toplantısını edib, əhaliyə məlumat verəcək. 

TÜRKİYƏDƏ COVID-19-DAN ÖLƏNLƏRİN SAYI 725 NƏFƏRƏ ÇATIB