May 05, 2020 10:37 Asia/Baku
  • Türkiyədə universitetlər 15 iyunda açılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən videokonfransdan sonra deyib: “Universitetlər 15 iyundan akademik təqvimə qayıda biləcəklər”.

APA-nın verdiyi məlumata görə,  Türkiyə Prezidenti deyib ki, ali məktəblərə qəbul imtahanı 27-28 iyun, liseylərə qəbul imtahanı 20 iyun, hərbi məktəblərin qəbul imtahanı isə 14 iyun tarixlərinə təyin olunub.

Prezident onu da əlavə edib ki, ədliyyə orqanlarının da dayanadırılan fəaliyyəti 15 iyunda bərpa olunacaq.

Rəcəb Tayyib Ərdoğan həmçinin küçəyə çıxma qadağasında da yumşalmadan xəbər verərək deyib: “65 yaşdan yuxarı, 20 yaşdan aşağı olan vətəndaşlarımız məhdud saatlarda küçəyə çıxa biləcək”.

Teqlər