May 25, 2020 21:51 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SəhərAzəri Trendə istinadən xəbər verir, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 369 nəfərə çatıb.

Onun sözlərinə görə, yoluxanların ümumi sayı 157 814 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 321 nəfər olmaqla 120 015 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 31 492 test aparılıb.

Teqlər