May 29, 2020 05:29 Asia/Baku
  • ABŞ-dan Türkiyə açıqlaması: Mövqeyimizə ziddir!

Dəniz sərhədlərinin müəyyələşməsi Türkiyənin etdiyi kimi birtərəfli ola bilməz. Bu, ABŞ-ın mövqeyi ilə tamamilə ziddiyyət təşkil edir.

SəhərAzəri Axar.az-a istinadla  xəbər verir ki, bu sözləri ABŞ-ın Yunanıstandakı səfiri Qofri Pyat deyib.

“Həm ABŞ-ın, həm də şəxsi mövqeyimdir. Türkiyənin Liviya ilə anlaşması və bu sazişdən çıxış edərək beynəlxalq dəniz hüququ məsələsini şərh etməsi bizim mövqeyimizə tam ziddir. ABŞ adaların da qitələrlə eyni dərəcədə sahil fəaliyyəti hüququna sahib olduğuna inanır. Bu səbəbdən ABŞ dəniz sərhədlərinin Türkiyənin ötən il etdiyi kimi deyil, dialoq yolu ilə müəyyən edilməsinin tərəfdarıdır”, - deyə səfir bildirib.

Teqlər