İyun 05, 2020 07:29 Asia/Baku
  • İzmirdə böyük əməliyyat! Həbslər çoxdur

Türkiyə Baş prokurorluğu tərəfindən FETÖ istiqamətində aparılan əməliyyatlar davam edir.

SəhərAzəri Türkiyənin haber7 portalına istinadla xəbər verir, İzmirdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyatda, təşkilatın gizli rabitə proqramı ByLock-dan istifadə etdiyi təsbit edilən 31 nəfər tutulub.

Məlumatda Türkiyə Baş prokurorluğu tərəfindən FETÖ istiqamətində aparılan əməliyyatların davamı üzərində təkid olunaraq bildirilir: “Bu çərçivədə, Terrorla Mübarizə Şöbə Müdirliyi qruplarının şəhər daxilində 27 ünvana təşkil etdiyi əməliyyatda gizli bir quruluşda iştirak edən, təşkilatın gizli rabitə proqramından istifadə etdikləri və təşkilati fəaliyyətlərini davam etdirmək qərarına gəldikləri səbəbiylə məlumat axtardıqları təsbit edilən 31 şübhəli tutuldu.

Ünvanlarda edilən axtarışlarda, təşkilatı dəstəklədiyi təsbit edilən və təşkilat üzvlərinə ayrılan cəmi 203 min 950 lirə, 3 min 380 avro, 68 min 350 dollar, bəzi zinət əşyaları, xüsusi rabitə və məlumat ötürücüləri, həbsxanada və ya boş qalan təşkilat üzvlərinə ayid məlumatlar arxivinə malik, həmçinin Gülənçi terror təşkilatına məxsus ByLock Proqramı üzərinə yüklənmiş cəmi 54 planşet kompüteri və cib telefonu ələ keçirildi.”

 

 

 

Teqlər