İyun 05, 2020 12:32 Asia/Baku
  • Türkiyənin 15 vilayətində həftə sonu qadağa ləğv edilib

Türkiyənin 15 vilayətində bu həftə sonu küçəyə çıxma qadağası ləğv olunub.

 “Ötən gecə 15 şəhərdə həftəsonu küçəyə çıxma qadağasının olacağı elan edilmişdi. Ancaq vətəndaşlarımızdan aldığımız dəyərləndirmələr bizi qərarı yenidən gözdən keçirməyə yönəltdi”.

SəhərAzəri “Hürriyet”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib.

“Beləliklə, prezident olaraq 15 şəhərimizi əhatə edən həftəsonu küçəyə çıxma qadağasını ləğv etmək qərarını verdim. Vətəndaşlarımızdan bu müddətdə maska, məsafə, təmizlik qaydalarına diqqətlə riayət etmələrini xahiş edirəm”, - o deyib. 

 

Teqlər