Türkiyədə zəlzələ olub
Avq 04, 2020 14:39 Asia/Baku
Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ olub.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar şəhərin Pütürge rayonunda 7 km dərinlikdə meydana gəlib.
Dağıntı və itki barədə hələlik məlumat verilməyib.