Avq 18, 2020 05:14 Asia/Baku
  • Çavuşoğlu ABŞ prezidentliyinə namizədi cahillikdə ittiham etdi

Türkiyənin xarici işlər naziri ABŞ prezidentliyinə namizəd Co Baydeni sərt şəkildə tənqid edib.

SəhərAzəri xəbər verir, Baydenin Türkiyə ilə bağlı qalmaqallı sözlərini şərh edən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu qeyd edib ki, Baydenin prezident seçicələyi halda hazırkı Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı “kənarlaşdırma” məqsədi ilə Türkiyə müxalifətini dəstəkləyə biləcəyinə dair sözləri cahillikdir və Türkiyə xalqına etinasızlıqdır.

Xatırladaq ki, "New York Times" qəzetinə müsahibə verən Bayden Türkiyə Prezidenti və Türkiyə ilə bağlı skandal sözlər işlədib. Hakimiyyətə gələcəyi təqdirdə Ərdoğanı devirmək üçün müxalifətə dəstək verəcəyini deyən Bayden Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini vəd edib.

O deyib: "Biz Türkiyə müxalifətini dəstəklədiyimizi açıq şəkildə göstərməliyik. Müxalifətlə açıq təmasa keçib, onları Ərdoğanı yenəcək duruma gətirməliyik" .

Bunun ardınca Ərdoğan tvitterdə yazdığı statusunda Baydenə cavab verib. O, Baydenə cavab verməni vaxt itkisi adlandırıb.

Teqlər