Avq 21, 2020 18:45 Asia/Baku
  • Türkiyə tarixində ən iri təbii qaz kəşfiyyatı Qara dənizdə baş verdi

Türkiyə prezidenti bildirib ki, bu ölkə Qara dənizdə öz tarixində ən iri təbii qaz yatağı kəşf edib və tezliklə onu istehsal edəcəkdir.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyıb Ərdoğan öz çıxısını belə davam etdirib: Bu qaz yatağının həcmi 320 milyard kubmetrdir. Türkiyənin məqsədi budur ki, onun təbii qazını 2023-cü ilədək paylama və satışa hazır etmiş olsun.

«Blumberq» nəşri çərşənbə günü türkiyəli mənbələrə istinadla xəbər vermişdi ki, Türkiyə hökuməti Qara dənizdə təbii qaz ehtiyatları aşkar edə bilib.

Türkiyənin Anadolu informasiya agentliyi də Ərdoğana istinadla bildirmişdi ki, Türkiyə gələn cümədən yeni mərhələyə daxil olacaq. Türkiyə prezidenti dedi ki, bu həftənin cümə günü bu ölkə xalqına yaxşı xəbər verəcəkdir.

Ərdoğan sonra belə söyləyib: Biz indiyədək təbii qazı digər ölkələrdən idxal edirdik və bu, böyük bir qələbə sayılır. Tezliklə Aralıq dənizindən buna oxşar xəbərləri eşidəcəksiniz.

Aralıq dənizindəki çəkişmələr ötən ildən və Türkiyə, Yunanıstan və Kiprin bölgədə qaz kəşfiyyatı və qazıntısı əməliyyatları üzrə səylərinə görə şiddətlənib və bu məsələ qədimki çəkişmələrin üzə çıxması ilə nəticələnibdir.

Avropa Birliyi son vaxtlar bildirdi ki, Türkiyənin Kipr sahillərində neft və qaz axtarışı üzrə qazıntılar həyata keçirməsi bu bölgədə böyük nigarançılğa səbəb olubdur. Avropa Birliyi xəbərdarlıq edibdir ki, Türkiyənin bu hərəkəti bu iki ölkə arasındakı gərginliklərin artmasına bais olub və bu, qəbuledilməzdir.

Türkiyə prezidenti sonra deyibdir ki, onun ölkəsinin maraqları liviyalı qardaşları zorakılar və muzdurlar qarşısında qorumaqdadır.

Teqlər