Avq 26, 2020 03:30 Asia/Baku
  • ABŞ-ın Ərdoğanla bağlı bəyanatına sərt cavab

Türkiyə hökuməti prezident Ərdoğanın HƏMAS nümayəndələri ilə görüşü barədə ABŞ Dövlət Departamentinin bəyanatını rədd edib.

SəhərAzəri xəbər verir, Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, ABŞ Dövlət Departamenti sonbəyanatı ilə həddini aşıb.

Türkiyə dövləti hesab edir ki, HƏMAS Qəzzədə demokratik yollarla hakimiyyətə gəlib və ABŞ-ın HƏMAS-ı terror təşkilatı elan etməsi bölgədə sülhü pozur.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən gün Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın HƏMAS nümayəndələri ilə görüşməsinin onu beynəlxalq aləmdə yalnız buraxacağını bildirib.

Teqlər