Avq 31, 2020 13:07 Asia/Baku
  • Türkiyədə Aşura mərasimi keçirilib

Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən Ankara, İstanbul, Qars, Bursa və İzmirdə Aşura gününün əzadarlıq mərasimləri keçirilib.

Səhər Azəri bildirir ki, İstanbul Zeynəbiyyəsində minlərlə insan səhiyyə protokollarına riayət edərək, şəhidlərin ağası və öndəri Həzrət imam Hüseynin (ə) və onun vəfalı köməkçilərinin şəhadəti münasibətilə matəm saxlayaraq, əzadarlıqla yanaşı qanvermə aksiyasında da iştirak ediblər.

İRNA-nın məlumatına görə, xalq tərəfindən əzadarlıq mərasimlərinin keçirilməsi ilə eyni zamanda Türkiyə rəsmiləri də bəyanatlar yayaraq, Məhərrəm və Aşuranı İslam tarixində və zülm ilə mübarizədə dönüş nöqtəsi kimi dəyərləndiriblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dünən Aşura günü və imam Hüseynin (ə) və onun vəfalı köməkçilərinin məzlumcasına şəhid edilməsinin ildönümünün gəlib çatmasına işarə edib və onların xatirəsini əziz tutubdur.

Teqlər