Avq 31, 2020 14:36 Asia/Baku
  • Ərdoğan Fransa və Yunanıstana xəbərdarlıq edib

Türkiyə prezidenti rəsmi Afinaya və Parisə, Ankaranın Şərqi Aralıq dənizindəki axtarış-kəşfiyyat əməliyyatlarını dayandırmağa dair cəhdləri ilə bağlı xəbərdarlıq edib.

Səhər Azəri bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın öz milli maraqlarını qorumağa qərarlı olduğunu bildirib və deyib: "Türkiyənin Egey və Aralıq dənizindəki maraqları və hüquqlarına qarşı Yunanıstan və Fransa tərəfindən yaradılan təhdidlər bizim əsas narahatlıqlarımızdan biridir".

Bundan əvvəl Fransa Türkiyə qarşısında Yunanıstan və Kiprin yanında olduğunu elan edib.

Bir müddətdir Türkiyə və Yunanıstan arasında neft və qaz kəşfiyyatı ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edən Şərqi Aralıq dənizindəki bəzi bölgələrin mülkiyyəti ilə bağlı mübahisə yaranıb.

Hazırda Türkiyəyə məxsus "Oruc Reis" axtarış gəmisi Ankaranın öz mülkiyyəti hesab etdiyi ərazilərdə fəaliyyətlə məşğuldur, Lakin Afina bu bölgələrin Yunanıstanın bir hissəsi olduğunu iddia edir.

Teqlər