Sen 07, 2020 07:46 Asia/Baku
  • Ərdoğan: Avropanın təhrikedici addımları məsələnin həllinə kömək etmir

Türkiyə prezidenti Aralıq dənizi ilə bağlı təhrikedici addımların atılmasının məsələnin həllinə kömək etməyəcəyini deyib.

Səhər Azəri bildirir ki, Ərdoğan bu sözləri Avropa Şurasının sədri ilə telefon danışığında deyib. 

Məlumata görə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar günü axşam Avropa Şurasının sədri Çarlz Mişel ilə telefon söhbətində Aralıq dənizinin şərqində yaranmış gərginliyi müzakirə edib. 

Türkiyə Prezident Administrasiyası bu telefon danışığı ilə bağlı yaydığı bəyanatda bilirib: Ərdoğan Çarlz Mişel ilə telefon danışığında avropalıların təhrikedici mövqe sərgiləmələrinin regional problemlərin həllinə kömək etməyəcəyini deyib. 

Ərdoğan deyib: Avropa Şurası Yunanıstan və bir sıra digər Avropa ölkəsinin Aralıq dənizi və Egey dənizində təhrikedici rəftarlardan çəkindirmək üzrə öz vəzifəsinə əməl etməlidir. 

Türkiyə prezidenti həmçinin Avropa ölkələri və qrumlarının regional məsələlər qarşısında tərəfsiz olmaları və məsuliyyətli rəftar etmələrini istəyib. 

Teqlər