Sen 07, 2020 22:28 Asia/Baku
  • Ərdoğan: Türkiyənin sərvətinin qarət edilməsinə icazə verməyəcəyik

Türkiyə prezidenti ölkəsinin sərvətlərini yağmalamaq istəyənlər qarşısında möhkəm dayanacaqlarını dedi.

Səhər Azəri bildirir ki, Türkiyə prezidenti Rəcəb Təyyib ərdoğan ölkəsinin heç kimə Türkiyənin sərvətini qarət etmək icazəsi verməyəcəyini deyib. 

Ərdoğan Ankarada prezident köşkündə keçirilən yeni sığorta sisteminin təqdimatı mərasimində deyib: Tarix boyu siyasi və hərbi yolla qolumuzu bükə bəlməyənlər daim iqtisadiyyat silahından istifadə etməyə çalışıblar. 

Ərdoğan daha sonra Beynəlxalq Valyuta Fondunun Türkiyə iqtisadiyyatında "at oynatdığı" günlərin bir daha geri qayıtmayacağını deyib. 

Son günlər Avropa rəsmiləri Türkiyənin Aralıq dənizində neft və qaz yataqlarında kəşfiyyat-axtarış əməliyyatları aparmasına reaksiya olaraq, Ankaranı sanksiyalarla təhdid etməyə başlayıblar. 

Teqlər