Sen 12, 2020 17:15 Asia/Baku
  • Hulusu Akar:

Türkiyə müdafiə naziri Yunanıstan rəhbərliyinə başqalarının oyuncağı olmamağı, yerlərində sakit oturmağı tövsiyə edib. 

Səhər Azəri bildirir ki, Hulusu Akar bu sözləri hərbi təhsil mərkəzlərindən birində etdiyi çıxışda deyib. 

Aralıq dənizi ilə bağlı Türkiyə-Yunanıstan münaqişəsinə işarə edən Hulusu Akar Afina başçılarına yerlərində sakit oturmalarını tövsiyə edib. 

Hulusu Akar hərbçilər qarşısında etdiyi çıxışda deyib: "Regionda gərginlik azalsın deyə bəziləri yaxşı olar ki, yerlərində sakit otursunlar. Heç bir iş görməsinlər. Ümumiyyətlə, səslərini kəssinlər. Türkiyə əleyhinə fitnəkarlıq edənlər keçmişdə olduğu ziyana uğrayacaqlar."

Hulusu Akar Türkiyənin öz milli maraqlarını müdafiədə qətiyyətli olduğu və heç kimə güzəştə getməyəcəyini vurğulayıb.

Yunanıstan Türkiyə ilə münasibətlərdə gərginliyin artmasının ardınca NATO-dan yardım istəyəcəyini elan edib. 

Teqlər