Sen 16, 2020 19:15 Asia/Baku
  • Türkiyədə zəlzələ olub

Bu gün Türkiyənin Muş vilayətinin Qorqud rayonunda 4,7 bal gücündə zəlzələ olub.

SəhərAzəri xəbər verir, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, zəlzələ yerli vaxtla 17.48-də 16.24 kilometr dərinlikdə baş verib, təkanlar ətraf bölgələrdə də hiss edilib.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

 

Teqlər