Sen 20, 2020 10:21 Asia/Baku
  • Ərdoğan: Türkiyə ixtilafların danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır

Türkiyə prezidenti Ankara və bəzi Avropa ölkələri arasında artan gərginliyi azaltmaq məqsədilə ixtilafların danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğunu dedi.

Səhər Azəri bildirir ki, Türkiyənin Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatları ilə bağlı kəşfiyyat-axtarış əməliyyatları Ankara ilə bəzi Avropa ölkələri arasında ixtilaflara səbəb olub. 

Rəcəb Təyyib Ərdoğan Tvitter-də yazıb: Türkiyə ixtilafların diplomatik müzakirələr yolu ilə həllinə köklənmiş xoşməramlı təklifləri müsbət qarşılayır. Biz ixtilafların danışıqlar yolu ilə və bütün tərəflər üçün qazanc sayılacaq şəkildə həll edilməsinin tərəfdarıyıq. 

Ərdoğan əlavə edib: Ölkəmizin hər bir qarış torpağı və hər bir damcı suyunu da elə bu baxışla müdafiə edəcəyik. Biz qədim tarixi və dərin kökləri olan bir ölkəyik. Heç bir zəiflik hiss etmədən bütün prosesləri vüqarla və mətanətlə arxada qoyur və təhrikedici hərəkətlərin təsiri altına düşmürük. 

Yunanıstan və Kipr Türkiyənin Aralıq dənizindəki karbohidrogen ehtiyatları ilə bağlı kəşfiyyat-axtarış əməliyyatlarına aqressiv yanaşma sərgiləyiblər. Bu da Ankara ilə bəzi Avropa ölkələri münasibətlərində gərginliyə səbəb olub. 

Teqlər