Sen 26, 2020 15:19 Asia/Baku
  • Türkiyədə koronavirusa 1 665 yeni yoluxma faktı qeydə alınıb; 73 nəfər vəfat edib

Türkiyədə koronavirusa yoluxma və bu virusdan ölüm hallarının artdığı bildirilir.

Səhər Azəri bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyənin Səhiyyə Nazirliyi cümə günü gecə saatlarında elan edib ki, son 24 saat ərzində bu ölkədə min 665 nəfər koronavirusa yoluxub və 73 nəfər COVİD-19 infeksiyasından dünyasını dəyişib.

Beləliklə də Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 311 min 455 nəfərə, bu virusdan ölənlərin ümumi sayı isə 7 min 858 nəfərə çatıbdır.

Türkiyədə son günlərdə koronavirusa yoluxma və ölüm hallarının sayı artmaqdadır.

Türkiyə hökuməti koronavirusun payız dalğasının qarşısını almaq üçün koronavirusla bağlı qanunları pozanlara qarşı ağır nağd cərimələr və qanuni ölçülər tətbiq edib.

Türkiyənin Daxili İşlər Nazirliyi sentyabrın 24-də bir sərəncam yayaraq, bildiribdir ki, əgər bu ölkədə koronavirusa yoluxmuş şəxslər koronavirusa nəzarət edən məmurlara, təmasda olduqları insanlarla bağlı yanlış məlumatlar verərlərsə, qanuna əsasən, 3 aydan iki ilədək həbs cəzası və ya nağd cərimələr ödəməyə məhkum olacaqlar. 

Teqlər