Sen 28, 2020 23:23 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 65 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 65 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saatda 115 523 şübhəli koronavirus testindən keçib, onlardan 1412-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1596 nəfər olub, 1422 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 315 845  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8062 nəfər ölüb.

Teqlər