Okt 05, 2020 08:45 Asia/Baku
  • Yunanıstan-Türkiyə müzakirələri təxirə düşüb

Türkiyə və Yunanıstan dünən özlərinin Aralıq dənizi barədə olan texniki müzakirələrinin növbəti mərhələsini təxirə salıblar.

SəhərAzəri xəbər verir, Türkiyədəki informasiya mənbələri bildiriblər ki, NATO-nun ev sahibliyi ilə Şərqi Aralıq dənizindəki ixtilaflar barədə olan Ankara-Afina müzakirələri öncədən təyin edilmiş vaxtda keçirilməyəcək.

Yeddinci iclas bu gün NATO-nun qərargahında keçirilməli idi. İki tərəfin hərbi heyətləri müzakirələrin bu etapında texniki detalları araşdırmalı idilər.

Adlarının gizli qalmasını istəyən mənbələr deyiblər ki, hər iki tərəf müzakirələrin təxirə salınması barədə razılığa gəlib və bu iclas sonrakı günlərdə keçirilməlidir.

Türkiyə və Yunanıstanın hərbi heyətləri sentyabrın onundan bəri NATO-nun ev sahibliyi ilə texniki müzakirələr aparırlar.

Müzakirələr Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə NATO-nun baş katibi Yens Stoltenberqin sentyabrın əvvəllərindəki telefon əlaqəsindən sonra planlaşdırılıb. Müzakirələrin son dövrü sentyabrın 27-də keçirilib və ondan sonra danışıqlar prosesi dayandırılıbdır.

Türkiyə müəyyən fasilədən sonra son zamanlar neft yataqları üzrə kəşfiyyat-qazıntı əməliyyatlarını bərpa edibdir. Yunanıstan iddia edir ki, Türkiyənin dəniz fəaliyyətləri Yunanıstanın iqtisadi sahəsi sayılan bir bölgədə həyata keçirilir. Bunun əvəzində Ərdoğan da deyibdir ki, heç bir ölkənin quldurluğu qarşısında təslim olmayacaq və Aralıq dənizindəki öz qanuni fəaliyyətini davam etdirəcəkdir.

Teqlər