Okt 22, 2020 19:18 Asia/Baku
  • Rusiya Türkiyənin Qarabağ danışıqlarında iştirakına münasibət bildirib

"Dağlıq Qarabağ müzakirələrində Türkiyənin iştirak edib-etməyəcəyinə yalnız Bakı və İrəvan qərar verə bilər".

SəhərAzəri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Üçüncü ölkələrin  Qarabağ münaqişəsinin həlli prosesinə qatılması tamamilə tərəflərinin siyasi iradəsindən asılıdır. Sözügedən tərəflər Azərbaycan Respublikası və Ermənistandır. Münaqişənin nizamlanmasında iştirak etmək, bir növ vasitəçi olmaq və ya formatlarda iştirak etmək ancaq iki tərəfin razılığı ilə mümkündür”,”, - deyə Peskov bildirib.

Kremlin sözçüsü əlavə edib: " İrəvan və Bakı Qarabağda atəşkəsə dair əldə edilən əvvəlki razılaşmaya hələ ki riayət etmirlər".

Türkiyə hökuməti İrəvanla gələcəkdə Bakı arasında keçiriləcək danışıqlarda iştirak etmək istəyib, Lakin Ermənistan Ankaranın iştirakı ilə razılaşmayıb.

11 oktyabr tarixində Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirləri, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Moskvada keçirilən uzun danışıqlardan sonra Qarabağda atəşkəs barədə razılıq əldə etdilər, Lakin bu atəşkəs dəfələrlə hər iki tərəf vasitəsilə pozulub və onlar bir-birlərini atəşkəsi pozmaqda ittiham ediblər.

Dağlıq Qarabağ bölgəsində vəziyyət, sentyabrın 27-dən bəri gərginləşib, Ermənistan və Azərbaycan Respublikası bir-birlərini müharibəyə başlamaqda günahlandırırlar.

Teqlər