Okt 28, 2020 09:33 Asia/Baku
  • Çavuşoğlu və Lavrov Qarabağ haqda məşvərət ediblər

Türkiyə və Rusiyanın xarici işlər nazirləri bir telefon söhbətində Azərbaycan Respublikası və Ermənistanın Qarabağdakı döyüşlərini araşdırıblar.

SəhərAzəri xəbər verir, Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici İşlər naziri Sergey Lavorv bu söhbətdə ümidvarlıq ediblər ki, Azərbaycan Respublikası və Ermənistan xarici vasitəçiliklə həyata keçirilən bazargünkü atəşkəsə əməl edəcəklər.

Bakı və İrəvan oktyabrın iyirmi altısının səhərindən etibarən, münaqişəli Qarabağ bölgəsi üstündə atəşkəsə razılıq verdi, amma icrasından dərhal sonra onu pozdular.

Azərbaycan Respublikası və Ermənistan hərbçiləri arasında sentyabrın 27-dən başlanan döyüşlərin yeni mərhələsində indiyədək üç dəfə kövrək atəşkəs bərqərar edilib və tərəflər dəfələrlə bir-birilərini hücumlar həyata keçirməkdə və atəşkəsi pozmaqda ittiham ediblər.

Teqlər