Okt 29, 2020 21:11 Asia/Baku
  • Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür

Türkiyə Cümhuriyyətinin qurulmasından 97 il ötür.

SəhərAzəri xəbər verir, 1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər – İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edirlər. Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verir.1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanır. Ancaq təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayırlar. 1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilir. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatır. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunur. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilir. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınır. 1934-cü ildə TBMM Mustafa Kamala “Atatürk” soyadını verir.

Beləliklə Mustafa Kamal Atatürk yeni türk dövlətinin ilk prezidenti seçilib.

İlk hökumətin baş naziri İsmət İnönü, TBMM Sədri isə Fethi Okyar olub.

1925-ci ildən başlayaraq cümhuriyyətin quruluşu Türkiyədə milli bayram olaraq qeyd

Teqlər