Okt 30, 2020 19:02 Asia/Baku
  • Türkiyənin İzmir şəhərində 6.6 bal gücündə zəlzələ olub

Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ olub.

SəhərAzəri xəbər verir, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi bir məlumatda bildiribdir ki, bu yeraltı təkan bu gün yerli vaxtla saat on 14:51-də İzmir vilayətinin Seferhisar rayonunun 17 kilometrliyində yerləşən Egey dənizinin 16,9 kilometr dərinliyində baş veribdir.

Təqribən 30-40 saniyə sürən yeratı təkanın şiddəti İzmir, Aydın, Muğla şəhərlərində hiss olunub və vahiməyə düşən əhalini küçələrə çəkibdir.

Zəlzələ İstanbulda da hiss edilibdir. Deyilənlərə görə, Amerika seysmologiya mərkəzi Türkiyənin qərbində baş verən zəlzələnin gücünü Rixter şkalası ilə 7 bal elan edibdir.

İzmir Bələdiyyə sədri Tunc Şoyer isə zəlzələ nəticəsində 20-yə yaxın binada dağıntı olduğunu qeyd edib, həmçinin baş verən zəlzələ nəticəsində 6 nəfərin öldüyü, 202 nəfərin isə yaralandığı bildirilib.

Qeyd edək ki, bu gün Bingöl vilayətində də yerli vaxtla saat 11.48-də 4,1 bal gücündə zəlzələ də baş verib. Zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunub.

Teqlər