Okt 31, 2020 12:08 Asia/Baku
  • Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 25-ə, yaralıların sayı 804-ə çatıb

Dünən Türkiyə və Yunanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 25-ə, yaralıların sayı isə 804-ə çatıb

SəhərAzəri İRNA-ya istinadla xəbər verir, dünən Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 25 nəfər həyatını itirib, 804 nəfər isə yaralanıb, həmçinin Yunanıstanın "Samos" adasında da iki yeniyetmə həlak olub.

Yunanıstan bu hadisənin mümkün itkiləri barədə heç bir məlumat yaymayıb.

İzmir Bələdiyyə sədri Tunc Şoyer isə zəlzələ nəticəsində 30-a yaxın binada dağıntı olduğunu və bir çox vətəndaşların dağıntılar altında qaldığını qeyd edib.

Onun sözlərinə görə, indiyədək 70 nəfər dağıntılar altından çıxarılıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən verilən məlumata görə, bu yeraltı təkan dünən yerli vaxtla saat 14:51-də İzmir vilayətinin Seferhisar rayonunun 17 kilometrliyində yerləşən Egey dənizinin 16 kilometr dərinliyində baş veribdir.

Deyilənlərə görə, Amerika seysmologiya mərkəzi Türkiyənin qərbində baş verən zəlzələnin gücünü Rixter şkalası ilə 7 bal elan edibdir.

Teqlər