Noy 02, 2020 10:30 Asia/Baku
  • İzmir zəlzələsində ölənlərin sayı 76 nəfərə çatıb

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) dünən gecə İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayının 76-ə çatdığını bildirib.

SəhərAzəri Anadolu-ya istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) dağıntılar altından yeni cənazələrin tapılması ilə bu ölkənin İzmir şəhərindəki son zəlzələdə ölənlərin sayının 76 nəfərə çatdığını bildirib.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların sayı da 962 nəfərə çatıb. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani oktyabrın 31-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı müraciətdə, bu ölkənin İzmir şəhərində insan tələfatı və dağıntılarla nəticələnən dəhşətli zəlzələdən təəssüfləndiyini bildirərək, Allah təaladan həlak olanların ailələrinə səbir, yaralılara isə təcili şəfa diləyib".

Ruhani, həmçinin İran İslam Respublikası hökumətinin zərərçəkmişlərə hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirərək, ən tez bir zamanda təsirlənən bölgələrdə təhlükəsiz şəraitin bərpa edilməsinə ümidvarlıq ifadə edib.

Teqlər