Noy 27, 2020 13:04 Asia/Baku
  • Ankaradan AP-nin Kipr məsələsi barədəki qətnaməsinə reaksiya

Türkiyə xarici işlər nazirliyinin sözçüsü deyib ki, Avropa Parlamentinin onun ölkəsinə qarşı sanksiyaların tətbiqinə dair qətnaməsinin heç bir dəyəri yoxdur.

SəhərAzıəri xəbər verir, Hami Aksoy bu gün bir bəyanatda sonra belə qeyd edib: Əgər Avropa Parlamenti bu rəftar və baxışa davam edərsə, Kipr məsələsinin həllində kosntruktiv iştirak Avropa Birliyinin strukturları üçün mümkün olmayacaqdır.

Aksoy həmçinin vurğulayıb: Türkiyə Avropa Parlamenti ilə Avropa Birliyindən istəyir ki, Kipr adasında mövcud olan gerçəkliklərlə üzləşsinlər; bundan əlavə, Kipr sakini olan türkmənşəliləri öz tənliklərində hesaba alsınlar.

Röyters-in bildirdiyinə görə, Avropa Parlamentinin üzvləri Fransa hökumətinin təzyiqi altında bu parlamentə çıxarılan və sonda qəbul edilən həmin qətnamədə Avropa Şurasından istəyiblər ki, Kiprin Famaqusta sahil şəhərinin Varoşa kvartalını nisbətən açması ilə bağlı Türkiyəyə qarşı sanksiyalar tətbiq etsin.

Qətnamədə həmçinin Türkiyənin Şərqi Aralıq dənizindəki qaz kəşfiyyat-qazıntı əməliyyatı qanunsuz elan olunub. Varoşa kvartalı cari il oktyabrın səkkizində ümumi istifadə üçün və natamam şəkildə açıldı. Bu viranəyə çevirlmiş şəhərə giriş Kiprin türksakinli bölməsində yerləşən Türkiyə hərbi qüvvələrindən başqa hamıya qadağandır.

Qeyd edək ki, Kiprin türksakinli bölməsi yalnız Türkiyə tərəfindən rəsmən tanınıbdır.

Aralıq dənizinin içərisində yerləşən Kipr adası 1974-cü ildə Yunanıstan ilə Türkiyə arasında baş verən ixtilafın ardınca və iki ölkə arasındakı hərbi döyüşlərdən sonra türksakinli şimal və yunansakinli cənub sektorlarına bölündü.

Teqlər