Noy 29, 2020 20:12 Asia/Baku
  • Türkiyədə 641 PKK üzvü həbs olunub

Türkiyənin daxili işlər nazirliyi bildirib ki, ötən iki gün ərzində bu ölkədə 641 PKK üzvü həbs olunub.

SəhərAzəri xəbər verir, Türkiyə daxili işlər nazirliyinin məlumatına görə, bu ölkənin 42 vilayətində baş prokurorların koordinasiyası ilə Türkiyə təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı əməliyyatı həyata keçirilib.

Məlumatda deyilir ki, PKK-ya məxsus olan çox sayda silah, sənəd və rəqəmsal təchizat aşkar edilərək, müsadirə olunub.

Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK 1984-cü ildən bəri Türkiyə hökumətinə qarşı silahlı mübarizə aparır.

Bu qrup Türkiyə hökuməti tərəfindən terrorçu qrup kimi tanınaraq, təqdim olunubdu

Teqlər