Noy 29, 2020 22:10 Asia/Baku
  • Türkiyədə koronavirusa yoluxma sayı sürətlə artır

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma tempinin bütün ölkə üzrə kütləvi xarakter alması davam edir. Riskləri azaltmaq üçün müxtəlif sərtləşdirilmiş tədbirlər görülür. Eyni zamanda məcburi qaydada maska taxmaq, sosial məsafə qorumaq və təmizliyə əməl etmək ən mühüm çağırış kimi qalmaqdadır.

SəhərAzəri Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada Türkiyədə 168 min 212 nəfər testdən keçirilib. Onlardan Onlardan 29 min 281 nəfərdə infeksiya aşkarlanıb, 6 min 439 nəfər xəstə kimi müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 185 nəfər ölüb, 4 min 15 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 494 min 351 nəfərdə virus aşkarlanıb, 13 min 558 nəfər ölüb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 20:00-da bütün Türkiyə üzrə icazəsi olanlardan başqa qalan vətəndaşlar üçün evdən çıxmağa qoyulmuş qadağa qüvvəyə minir. Məhdudiyyət sabah saat 10:00-a kimi qüvvədədir. Eyni qadağa sabah da davam edəcək. Bu tip məhdudiyyət ikinci həftədir ki, ölkə üzrə şənbə və bazar günləri tətbiq olunur.

Teqlər