Dek 01, 2020 21:42 Asia/Baku
  • Türkiyənin ‘‘Oruç Reis’’ gәmisi Antalya limanına geri qayıtdı

Türkiyənin ‘‘Oruç Reis’’ axtarış-kәşfiyyat gәmisi Aralıq dәnizindә apardığı seysmik araşdırmalardan sonra Antalya limanına qayıtdı.

SəhərAzəri Türkiyə xəbər agentliklərinə istinadən xəbər verir, Türkiyənin Enerji vә Tәbii Sәrvәtlәr Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib ki,  ‘‘Oruç Reis’’ axtarış-kәşfiyyat  gәmisi Aralıq dәnizindә apardığı seysmik araşdırmalardan sonra Antalya limanına qayıtdı.
Mәlumatda vurğulanıb ki, ‘‘Oruç Reis’’ gәmimiz avqustun 10-da Derme sahәsindә başlatdığı seysmik araşdırmalarını sona çatdıraraq, 30 noyabrda Antalya limanına geri qayıdıb.

Teqlər