Dek 06, 2020 10:19 Asia/Baku
  • Türkiyədə 2016-cı il çevrilişi amillərilə əlaqədə olmaq ittihamı ilə 29 nəfər həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri 2016-cı il çevrilişi amillərilə həmkarlıq ittihamı ilə İstanbul şəhərində 29 nəfəri həbs ediblər.

SəhərAzəri xəbər verir, Türkiyənin təhlükəsizlik mənbələri bildiriblər ki, bu ölkənin müxtəlif bölgələrində 35 nəfərin həbs edilməsi barədə sanksiya verilib və bu müttəhimlərdən başqa bir qrupunun axtarışı davam edir.

Türkiyədəki uğursuz çevrilişdən bəri bu ölkənin təhlükəsizlik qüvvələri həmin ölkə vətəndaşları və hərbçilərindən on minlərlə nəfəri Gülən qrupu və bu çevrilişlə əlaqədə olmaq ittihamı ilə həbs ediblər.

Türkiyə hökuməti hazırda Amerikanın Pensilvaniya ştatında yaşayan Fəthullah Güləni 2016-cı il 15 iyul uğursuz çevrilişinin birinci dərəcəli müttəhimi sayır və onun Amerikadan ekstradisiyası üçün bir çox səylər göstərsə də bu səylər uğursuz qalıbdır.

Teqlər