Dek 25, 2020 17:51 Asia/Baku
  • Türkiyədə Gülən tərəfdarlarının həbsi davam edir

Türkiyənin təhlükəsizlik qüvvələri bu ölkənin on iki vilayətində keçirdikləri əməliyyatlarda 2016-cı il çevrilişində əsas şübhəli sayılan Fətullah Gülənin tərəfdarlarını həbs ediblər.

SəhərAzəri xəbər verir, Türkiyə polisi Ankara baş prokurorluğunun sanksiyası əsasında bu gün səhər Fətullah Gülən cərəyanı ilə əlaqədə olmaq ittihamı ilə bu ölkənin ordu qüvvələrinin 38 əməkdaşının həbsinə dair order verib.

Ankara baş prokurorluğunun bildirdiyinə görə, bu şəxslər Türkiyə silahlı qüvvələrinə qəbul imtahanlarının suallarını öz amillərinə çatdırmaqla orduda pozuntuya və intizamsızlığa bais olurmuşlar.

Uğursuz 2016-cı il çevrilişindən sonra bu çevrilişdə rol oynamış Fətullah Gülən cərəyanı ilə əlaqədə olan şəxslərin həbs edilmələri üzrə əməliyyat başlandı. Bu istiqamətdə indiyədək on minlərlə nəfər həbs edilib və ya iş yerindən qovulubdur. Bununla belə, Gülən çevrilişdə əlinin olduğunu rədd edir.

Teqlər