Yan 04, 2021 07:43 Asia/Baku
  • Türkiyədə yenə zəlzələ oldu

Bu zəlzələ dünən yerli saatla 17:17-də Türkiyənin Sivricə bölgəsində 4, 2 bal gücündə qeydə alınıb.

SəhərAzəri xəbər verir, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda yerli vaxtla saat 17:17-də 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin yerin 8,5 km dərinliyində baş verdiyi bildirilib.

Bu, bölgədə gün ərzində baş verən ikinci zəlzələdir. Ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə böyük təşviş yaradıb. Yeraltı təkanın təsiri barədə hələlik məlumat yoxdur.

Teqlər