Yan 10, 2021 19:25 Asia/Baku
  • Türkiyənin AB ilə münasibətləri yaxşılaşdırmaq üzrə səyləri davam edir

Ankara Avropa Birliyi ilə münasibətlərini yaxşılaşdırmaq istiqamətindəki səylərini davam etdirir.

SəhərAzəri xəbər verir, bu istiqamətdə Türkiyənin xarici işlər naziri bir daha bu birliklə səmərəli danışıqların aparılmasını istəyib.

Mövlud Çavoşoğlu öz tvitter hesabında Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrelin Türkiyə ilə dialoqun davam etdirilməsi haqdakı sözlərinə reaksiyada yazıbdır ki, səmimi və faydalı danışıqlar üçün səbirsizliklə Brüsselə səfər etməsini gözləyir.

Türkiyə xarici işlər nazirinin Avropa Birliyi rəsmiləri ilə müzakirələr aparmaq üçün yanvarın 21-də Brüsselə yollanacağı gözlənilir.

Sərhəd münaqişələri və Aralıq dənizində təbii qaz ehtiyatlarının istismarı barədə Ankaraya xəbərdarlıq edən Avropa Birliyi Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çalışır.

Bundan başqa, Avropa Birliyi Liviya və Suriya müharibələrindəki roluna və Rusiya ilə münasibətlərinə görə, Ankaranı kəskin şəkildə tənqid edir.

Teqlər