May 29, 2015 18:29 Asia/Baku
  • Bəhreyn əhalisi Şeyx Salmana azadlıq fəryad etdi
    Bəhreyn əhalisi Şeyx Salmana azadlıq fəryad etdi

Bu gün Bəhreyndə çoxlu sayda insan cümə namazında iştirak etdikdən sonra yürüş təşkil edərək, milli-islami əl-Vifaq cəmiyyətinin baş katibinin dərhal azad edilməsini istəyiblər.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Bəhreynin Əd-Diraz və əl-Bilad əl-Qəqdim məntəqələrində cümə namazının ardınca təşkil edilən yürüşlərdə Şeyx Əli Salmana və 14 fevral inqilabı rəhbərlərinə azadlıq tələb edilib. Bəhreyn xalqı milli-islami əl-Vifaq hərəkatının baş katibi Şeyx Əli Salmanın həbs edildiyi zamandan bəri hər cümə etiraz aksiyaları təşkil edərək, ona azadlıq tələb edir.
Şeyx Əli Salman və digər milli liderlərin həbsi Bəhreyn xalqının qəzəbinə səbəb olub.
Şeyx Əli Salman Bəhreyn şiələrinin tanınmış liderlərindəndir və ötən ilin 28 dekabr tarixində hakim rejimi dəyişməyə cəhd göstərmək ittihamı ilə həbs edilib. O və əl-Vifaq hərəkatı bu ittihamı rədd edir.

Teqlər

Şərhlər