Jun 06, 2015 09:51 Asia/Baku
  • Kəfər Quddumda 6 fələstinli uşaq yaralanıb
    Kəfər Quddumda 6 fələstinli uşaq yaralanıb

Sionist işğalçılar İordan çayının qərb sahilində, Kəfər Quddum məntəqəsində ən azı 6 fələstinli uşağı yaralayıb və onları zəhərləyiblər.

Səhər Beynəlxalq Televiziyasının Fələstinin Vəfa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, sionist ordusunun bir alayı cümə günü ərazilərinin işğal olunmasının ildönümü günündə yürüş keçirən fələstinliləri yatırmaq üçün Kəfər Quddum kəndinə hücum və fələstinlilərin evlərinə doğru gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər. Nəticədə 8 aylıqdan 5 yaşa qədər ən azı 6 uşaq və 45 yaşlı bir fələstinli yaralanıb və zəhərlənib.
Sionist hərbçilər Cəninin cənub-qərbində Yəbud kəndinə basqın edərək, bu bölgədə fələstinlilərdən bir neçəsinin evində təftiş aparıb və onlarla fələstinlini dindiriblər.
Sionist hərbçilər həmçinin Bələyn məntəqəsində xarici və etirazçı fəalların yürüşünə hücum və onlara qarşı gözyaşardıcı qaz və səs güllələrindən istifadə ediblər. Nəticədə onlarla fələstinli və xarici fəal yaralanıb və zəhərlənib.

Teqlər

Şərhlər