Jun 12, 2015 14:09 Asia/Baku
  • Bəhreyndə şiələrin məscidinə hücum olunub
    Bəhreyndə şiələrin məscidinə hücum olunub

Naməlum şəxslər Bəhreynin əl-Deyr kəndində şiələrin məscidinə hücum edib, Quranlara hörmətsizlik edərək onu cırıb və məscidə xəsarət vurublar.

Səhər Beynəlxalq Televiziyasının Miratul-Bəhreyn xəbər portalına istinadla verdiyi məlumata görə, cümə axşamı günü sübh namazını qılmaq üçün əl-Xif məscidinə gedən kənd əhalisi hər tərəfə səpələnmiş dualar və Quran nüsxələrinin acınacaqlı vəziyyəti ilə üzləşib.
Naməlum şəxslər əl-Xif məscidinin qapısını sındıraraq məscidə daxil olublar.
Ərəbistanın əl-Qətif və əl-Dimamda şiələrin məscidlərinə qarşı İŞİD terrorçularının 2 kamikadze hücumundan sonra Bəhreyn şiələri onların məsidlərinə hücumdan nigaran olublar. Xüsusilə də Ali-Xəlifə rejimi Bəhreyndə terrorçulardan öncə şiələrin 38 məscidini dağıdıb.

Teqlər

Şərhlər